Qarabağdan köçənlər arasında çoxlu qohumu olan Arevik Manukyan adlı ictimai fəal həmin çıxışla bağlı münasibət bildirərkən deyib ki, Azərbaycan əsgərləri Şuşada öz bayraqlarını asıb, bizimkində ayaqlayanda hansı hisslər keçirdiyimi sözlə ifadə edə bilmərəm.Yəqin, xatırlayar, yanımdakı rəfiqəmə dedim ki, belə getsə, İrəvana da gəlib çatacaqlar. Azərbaycanda artıq bu yöndə hərakat sürətlənir və dövlət buradan köçənlərin (Qərbi Azərbaycandan qaçqınların- N.Q.) geri qaytarılması kursunu həyata keçirməyə başlayıb.
44 günlük müharibə zamanı xalqa feyk xəbərlər verildiyini kəskin ifadələrlə xatırladığını deyən A.Manukyan Qarabağın Azərbaycana məxsus olduğunu deyənlərin, eləcə də Qarabağdan köçənlərin gələcəyə tam ümidsiz baxdıqlarını vurğulayaraq əlavə edib ki, Ermənistana dəstək olanlara da inanmaq sadəlövhlükdən başqa bir şey deyil. O, sonda əlavə edib ki, Qarabağdan köçən qohumlarının çoxu Ermənistanda ayrı-seçkiliklə üzləşdiklərindən deyirlər ki, belə olduğunu bilsəydik, elə öz evimizdə qalıb Azərbaycan vətəndaşı olardıq.
Bu məqamda bir atalar məsəli lap yerinə düşür: sonrakı peşmançılıq fayda verməz!
N.Qaramanlı