İcma rəhbəri bildirib ki, keşiş Bağratın başladığı aksiyalara qədər icmanın əksər üzvləri N.Paşinyanın apardığı siyasəti ya birbaşa, ya da dolayısı ilə dəstəkləyirdi. Amma keşişin xüsusilə dindarlara vədlərlə dolu müraciətindən sonra vəziyyət dəyişməyə başladı və bu hazırda da davam etməkdədir.
Serop Sahakyan jurnalistin "bəs bu qarşıdurmanın gələcəyini necə görürsünüz?" sualı ilə bağlı isə deyib ki, Nikol Paşinyanın hakimiyyəti bir neçə min adamın tələbi ilə süquta uğrayan deyil. O, bunun səbəbini izah edərək bildirib ki, xaricdəki lobbinin çoxu N.Paşinyanı dəstəkləyir. Amma daşnaklar bunun əleyhinədir. İsraildəki daşnakların da N.Paşinyana qarşı olduğunu açıqlayan İcma rəhbəri əlavə edib ki, buradakı partiyalarda xeyli erməni var və onların əksəriyyəti keşiş Bağratın əleyhinə olduqlarını gizlətmirlər.
Onun sözlərinə görə, keşişin "müqəddəs mübarizə" adlandırdığı mübarizə heç də müqəddəs amallara xidmət etmir, əksinə hayların birliyini pozaraq onları parçalayır.
N.Qaramanlı