Əlavə olunub ki, onların əksəriyyəti İrəvanda qalıb işləmək üçün xeyli vaxt sərf ediblər. Amma nə hökumət, nə də yerli sakinlər bunu istəmir, verilən maddi yardım isə cəmi bir neçə günlük ərzağa çatır. “Vəziyyətdən çıxış yolunu ölkəni birdəfəlik tərk etməkdə görən və buna nail olanlar xaricdəki qohumlarından daim dolanışıq pulu almaqdansa onların yanına getmək üçün yol pulu almağı daha münasib hesab edirlər”, - deyən müxbir tam əminliklə vurğulayıb ki, belə davam edərsə, Ermənistanda lap az "şurdvac hay" qalacaq.
Nəsib