Bu məsələ ilə bağlı təbiətin mühafizəsi üzrə mütəxəssis İnqa Zarafyanın mövqeyini soruşan müxbir əlavə edib ki, o da ermənilər buraxılmasa həmin tədbirdə iştirakın əleyhinə olduğunu vurğulayıb. Deyib ki, guya həmin tədbir Ermənistanda keçirilməli idi, amma rəsmi İrəvan bundan imtina edib. Səbəb isə guya, ölkədə maliyyə çatışmazlığı olub. İlk baxışdaca novbəti erməni yalanı olduğu görünən bu "açıqlamada" etiraf olunmayan əsas məqsəd isə hələ 3 ay öncə erməni politoloq Suren Surenyanç tərəfindən açıqlanmışdır. O, bildirmişdi ki, əgər COP29 İrəvanda keçirilsə Bakının nümayəndələrinin təhlükəsizliyinə təminat mümkün olmaz. Göründüyü kimi haylara etibar edilməsinin mümkünsüzlüyünu öncə məhz özləri etiraf edirlər.
Hər bir sahədə olduğu kimi beynəlxalq əhəmiyyətli tədbirdə də təxribatçılıqlarını nümayiş etdirən haylar indi COP29-la bağlı etiraz yürüşü təşkil etmək barədə planlar qururlar. Bildirirlər ki, bu yürüş həm də Ermənistan hakimiyyətinə, onun yarıtmaz fəaliyyətinə qarşı hədəflənib. Özünü təbiətin mühafizəsi üzrə peşəkar hesab edən İnqa Zarafyanın mövqeyi isə yalnız psixi sağlamlığını itirənlərin məntiqsiz davranışına bənzəyir.
Nəsib Qaramanlı