O, deyib ki, hakimiyyətin səriştəsizliyi özünü bütün sahələrdə göstərir. Ölkənin xarici dövlət borcu 12 milyard dolları ötüb ki, bu hər bir vətəndaşı üçün 4 min dollardan çoxdur. Vəsaitin əsassız istiqamətlərdə xərclənməsindən gileylənən deputat sonda deyib ki, hər dəfə asfaltı təzələməklə gözümüzə kül üfürürlər. Uşaqlar isə anadan min dollarlarla borcla doğulurlar. Bu isə əminliklə deməyə əsas verir ki, Ermənistan bataqlıqdan çıxa bilməyəcək.
N.Qaramanlı