Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fəxrəddin Altun “X”dəki səhifəsində yazıb.
O, Ermənistanın baş nazirinin iyunun 20-də Türkiyəyə işgüzar səfər edəcəyini açıqlayıb.
"Ermənistanın baş naziri Nikol Paşinyan 2025-ci il iyunun 20-də ölkəmizə işgüzar səfər edəcək. Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Paşinyanı İstanbulda qəbul edəcək", - F.Altun qeyd edib.
Daha əvvəl Paşinyan Ərdoğanla danışıqların gündəliyini açıqlamayıb. "Səfərin gündəliyi ilə bağlı ictimaiyyət üçün birgə bəyanat planlaşdırılır. Razılaşmalara əsasən, bəyanatın bəndlərini vaxtından əvvəl açıqlamaq olmaz", - o bildirib. (Report)