Bu il martın 13-də Ermənistan KİV-lərinə istinadən xəbər vermişdik ki, Ermənistanın milli təhlükəsizlik xidmətinin xüsusi təyinatlı dəstəsinin apardığı əməliyyat nəticəsində hakim "Vətəndaş müqaviləsi" fraksiyasının üzvü Qaqık Melkonyanın evi və sözügedən partiyanın ofisinin yerləşdiyi binanın partladılmasına cəhd edən daşnak Qaqık Sarkisyan həbs edilib. Digər qeyri-qanuni əməllərdə də daşnakların iştirakı olduğunu iddia edən hakim partiyanın fəalları isə ölkədə daşnakların fəaliyyətinə rəsmən son qoyulmasını tələb edirlər. Partlayışa cəhd edənin vəkili Mkrtç Davidyan isə "Hraparak"ın müxbiri Hayk Gevorkyanla söhbətində bildirib ki, burada əsas məqsəd daşnakların fəaliyyətini dayandırmaqdır və sifarişçi iqtidarın özüdür. O, deyib: "Paşinyan və komandası istəyir ki, gələcək seçkilər daşnaklarsız keçsin və daşnaklar parlamentdə fraksiya yarada bilməsinlər".
Xatırladaq ki, daşnaklar parlamentdə qatil Seyran Ohanyanın rəhbərliyi ilə "Hayastan" fraksiyası yaradıblar və iqtidar deputatları ilə dəfələrlə hətta yumruq davası ediblər.
N.Qaramanlı