08.09.2024, 05:38
AZ EN
19.07.2024, 14:35 232

Haylar gürcülərlə də sərhəd cığallığı edir

XƏBƏRLƏR
  • Azərbaycanla sərhədlərin müəyyənləşdirilib təsdiqlənməsi prosesində müxtəlif yollarla cığallıq edən ermənilər gürcülərlə də analoji addım atırlar.

Bu "Hraparak"ın  19 iyul tarixli paylaşımında Marianna Qahramanyanın yazısında da tam aydın görünür.

Müəllif yazır ki, qədim Dağ Borçalıdakı Sərçəpet kəndində olan hay-gürcü sərhədində Lok dağının bir hissəsi hayların, bir hissəsi isə gürcülərin ərazisi kimi  mühafizə olunur. Bu barədə razılığa isə 2005-ci ildə gəlinib. O vaxt bildirilmişdi ki, sözügedən dağda delimitasiya və demarkasiyası işləri aparılsın. M.Qahramanyan daha sonra hay sayağı ifadələrlə yazıb ki, həmin ərazi guya qədim haylara mənsub olub və oradakı məbəd də onlara məxsusdur. Tarix isə dəfələrlə sübut edib ki, sözügedən kənd də, dağ da, oradakı kilsə də məhz qıpçaq türklərə məxsusdur.

Müəllif sonda xatırladıb ki, hazırda Ermənistanla Gürcüstan arasında 225 km sərhəd var və onun yalnız 147 kilometri delimitasiya və demarkasiyası olunaraq 1996-cı ildən fəaliyyət göstərən birgə komissiya tərəfindən razılaşdırılaraq sənədləşdirilib. Yuxarıda haqqında söhbət gedən ərazinin isə  haylara məxsusluğu tanınmadığına görə  hələ də sənədləşdirilməyib. Görünür, haylar yeni cığallıq üsulu tapıblar.

Nəsib Qaramanlı 

Oxşar xəbərlər