01.07.2025, 11:32
AZ EN
12.06.2024, 17:16 262

Paşinyan: Ermənistan KTMT-dən çıxacaq

XƏBƏRLƏR
  • Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacaq.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

N.Paşinyan parlamentdə keçirilən hökumət saatında bildirib ki, təşkilatdan çıxacaqlar: “Bununla bağlı qərar verəcəyik”.

“Bəs siz nə fikirləşirsiniz? Növbəti addımımızın nə olacağını düşünürsüz? Fikirləşirsiniz ki, geri dönəcəyik? Xeyr, başqa yol yoxdur. Narahat olmayın, biz geri qayıtmayacağıq”, - o bildirib. (Report)

Oxşar xəbərlər