11.03.2025, 22:53
AZ EN
06.09.2023, 15:39 312

Ruben Vartanyan Ermənistan hakimiyyətini təhqir etdi

XƏBƏRLƏR

Bu gün Xankəndidə Mane Tandilyan adlı separatçı ilə birgə mətbuat konfransı keçirən Ruben Vartanyan bir sıra sayıqlamalarla yanaşı Ermənistan parlamentinin spikeri Alen Simonyanın ünvanına söylədiyi təhqirlərlə də diqqət mərkəzində olub. O, deyib: "Alen Simonyan bəzi şeylərdən danışır, amma özü başa düşmür ki, ilk növbədə öz səviyyələrini, düşüncə dərəcələrini göstərir. Onlar "arsaxın" və Hayastanın dövlətçilik əsaslarına zərbə vururlar... Onlar o qədər zəifdirlər ki, kənardan kömək olmasa məğlub olacaqlarını dərk etmirlər. Belə şey yoxdur, siz mütəxəssis deyilsiniz, siz zəifsiniz, siz savadsızsınız, dediyiniz sözə əməl etmirsiniz. Siz ölkəmizi nə daxildə, nə də xaricdə təmsil edə bilmirsiniz".

Xəbəri "Hraparak" yayıb.

N.Qaramanlı

Oxşar xəbərlər