03.02.2025, 14:10
AZ EN
03.02.2025, 10:24 30

Erməni cəmiyyətində qütbləşmə dərinləşir

XƏBƏRLƏR
  • Erməni iş adamı və partiya rəhbəri Qaqık Çaturyan faşizm üzərində qələbənin qarşıdan gələn 80 illiyi ilə bağlı "Hraparak" da paylaşım edib. O, faşizmə qarşı müharibədə ermənilərin guya böyük fədakarlıq göstərdiyini vurğulayaraq lovğalıqla əlavə edib ki, çoxlu erməni generalı və marşalı həmin qələbənin simvoluna çevrilib.

Ermənilərin guya indi də həmin qələbənin verdiyi qürurla  yaşadığını qeyd edən Rusiyapərəst iş adamı cəmiyyətdə Qərbə meyl edənlərin olduğunu təəssüflə xatırladaraq belə bir qənaətə gəlib ki, cəmiyyətin bölünməsinə xidmət edən bu amillə barışmaq olmaz. Təsisçisi olduğu  "Çarukyan" xeyriyyə fondundan ikinci dünya müharibəsindən sağ qalan haylara müəyyən yardım ediləcəyini də vurğulayan bu hay yada salmasa da yaxşı bilir ki, bu gün hayların ideoloji lider hesab etdikləri Qaregin Njde də faşist idi və o, Rusiya həbsxanasında ölüb.

N.Qaramanlı

Oxşar xəbərlər