09.06.2025, 17:32
AZ EN
11.06.2024, 21:59 405

Ermənistan Baş Qərargah rəisinin müavini NATO Hərbi Komitəsinin iclasında iştirak edib

XƏBƏRLƏR
  • Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-mayor Artur Yeroyan videobağlantı vasitəsilə NATO Hərbi Komitəsinin Baş Qərargah rəisləri formatında keçirilən iclasında iştirak edib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“General-mayor Yeroyan öz çıxışında Ermənistanın müdafiə sektorunun transformasiyasında NATO ilə əməkdaşlığın vacibliyini vurğulayıb və NATO-nun himayəsi altında sülhməramlı missiyalarda davamlı iştiraka sadiqliyini təsdiqləyib”, – məlumatda bildirilib.

Mətbuat xidməti qeyd edib ki, görüşün keçirilməsində məqsəd aktual beynəlxalq və regional məsələləri, o cümlədən NATO ilə tərəfdaş dövlətlər arasında əməkdaşlıq məsələlərini müzakirə etməkdir. (Report)

Oxşar xəbərlər