Ermənistan mətbuatı yazır ki, İrəvanda srağagündən başlayan aksiyaçılarla hökumət arasında qarşıdurma getdikcə dərinləşir. "Hraparak" isə bu barədə ondan çox xəbər paylaşıb. Qeyd olunur ki, qatı cinayətkar Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan, parlamentin "Hayastan" fraksiyasının üzvü Mher Melkonyan da həbs olunanlar arasındadır. Əlavə olunur ki, İrəvandakı bir çox məktəblər də boşdur. Müəllim və şagirdlərin əksəriyyəti aksiyaya qoşulub. Ermənustanın milli təhlükəsizlik xidməti məktəb rəhbərlərinə də müraciət ünvanlayaraq revanşçılara qoşulanların cəzalandırılmasını tövsiyə edib.
Aksiyaya xeyli tələbə də qoşulub. Kino və teatr institutunun tələbələri aksiyada daha aqressiv iştirak edirlər.
Agentlik onu da vurğulayıb ki, hökumət daha sərt tədbirlər görməyə hazırdır.
N.Qaramanlı