O, yazıb ki, SSRİ dönəmində kommunist rəhbəri hazırlamaq üçün ali partiya məktəbləri var idi və belə məktəblərdən biri Bakıda yerləşirdi. Ermənistanın partiya rəhbərlərinin çoxu həmin məktəbin məzunları idi. Kommunistlər yüksək vəzifəyə birbaşa deyil, mərhələlər keçərək təyin edilirdilər və xalqla danışmaq qaydalarına əməl edirdilər.
Nikol Paşinyan isə yüksək vəzifəyə nə ali idarəetmə məktəbini bitirmədən, nə də hansısa ali məktəbdə tam oxumadan birbaşa küçədən gəlib. Vəzifəyə təyin etdikləri də özü kimi nə siyasəti dərk, nə də stulu tərk edir. Kommunistlər "partiya belə tapşırıb",- deyə faydalı işlər gördüyü ilə qürurlanmazdı, nikolçular isə "baş nazir belə tapşırıb "- deyə əhaliyə hətta hədə-qorxu gəlirlər deyə Hasmik belə fikirdədir ki, kim nə qədər yalan danışırsa, yeri daha da möhkəmlənir, problemlər isə çoxalır.
Nəsib