10.06.2025, 01:40
AZ EN
05.05.2023, 11:22 364

Erməni spiker Türkiyədə qaydanı pozub

XƏBƏRLƏR
  • "Hraparak"ın bu gün paylaşdığı "Alen Simonyan ermənicə danışıb" başlıqlı xəbərdə deyilir ki, nizamnaməyə əsasən Qara dəniz İqtisadi əməkdaşlıq şurasının iclasında çıxışlar rus və ingilis dillərində nəzərdə tutulsada, Alen Simonyan hər iki dildə yaxşı bilsə də sözügedən qurumun mayın 4-dəki iclasında ermənicə çıxış edib.

Erməni spiker bildirib ki, son bir ildə Ermənistan-Türkiyə münasibətləri istiqamətində müəyyən nailiyyətlər əldə edilib və bu istiqamətdə görülən işlər davam etdiriləcək. O, azərbaycanlı ekofəalların Laçın yolunda 5 ay davam edən etiraz aksiyaları, həmçinin Laçında nəzarət-buraxılış məntəqəsi barədə danışarkən deyib ki, "bu möhkəm və davamlı sülh üçün əsas ola bilməz".

Agentlik əlavə edib ki, Ermənistan nümayəndələri iclasın keçirildiyi "Mariot" otelində yerləşdiriliblər və başqa ölkələrin nümayəndələrindən fərqli olaraq türk xüsusi xidmət əməkdaşları həmişə onları müşayiət edir ki, xüsusilə indiki seçkilər öncəsi hansısa maraqlı qrupun insident törətməsinə şərait yaranmasın.

Nəsib

Oxşar xəbərlər