O, deyib ki, Türkiyənin Güney Qafqazda və Qara dənizdə öz maraqları var və bunun həyata keçməsi üçün həm xarici siyasətini, həm də hərbi gücünü hamıya nümayiş etdirir. Suriyadan tutmuş Yaxın Şərqə, Orta Asiyadan tutmuş Balkanlaradək böyük bir coğrafiyada fəaliyyət göstərən - "Türkiyə diplomatiyası Zəngəzur dəhlizi məsələsində də qətiyyətli mövqe nümayiş etdirir", - deyə o, bunun haylar üçün daim qorxulu olduğunu vurğulayıb və əlavə edib ki, indi hakimiyyət səmərəsiz danışıqlardan imtina edib real işə keçməlidir.
Əlbəttə, Ermənistanda, nəhayət, başa düşülməlidir ki, Qərblə mənasız danışıqlara son qoyub qonşularla dinc yanaşı yaşamaq yoluna qədəm qoyulmalıdır. Əks halda, sözügedən türkoloqun qorxduğu "haysız hayastan" özü-özünə yaranacaqdır.
Nəsib