08.06.2025, 17:57
AZ EN
03.06.2024, 09:00 322

Aclıq aksiyasının 41-ci günündə erməni əsilli jurnalist Leo Nikolyan Ermənistandan Fransaya uçub

XƏBƏRLƏR
  • Bu gün aclıq aksiyasının 41-ci günündə erməni əsilli fransız jurnalist Leo Nikolyan Zvartnots hava limanından Fransaya uçub.

Bu barədə Ermənistan KİV məlumat yayıb.

Məlumata görə, Nikolyan həyatını xilas etdiyi üçün “FlyOneArmenia” aviaşirkətinə təşəkkür edib.

Bir neçə gün öncə Nikolyanın Fransaya səfəri planlaşdırılsa da, təxirə salınmışdı.

Jurnalistin Ermənistana girişinə qadağa qoyulub, Nikolyan bundan Zvartnots hava limanında xəbər tutub.

Onun sözlərinə görə, səbəblər məlumdur. Buna görə də getməyəcəyini bildirərək aclıq aksiyasına başlayıb. (APA)

Oxşar xəbərlər