22.11.2024, 10:36
AZ EN
08.05.2024, 16:00 188

Ömürlük həbs edilən terrorçu Hampig Sasunyan sülh prosesini pozan şəxslərə başçılıq edir

XƏBƏRLƏR
  • 19 yaşında ikən Türkiyənin Los-Angelesdəki konsulunu öldürən, ömürlük həbs edilməsinə rəğmən, müəmmalı şəkildə azadlığa buraxılan, Kaliforniya quberatorunun “cəmiyyət üçün təhlükə” adlandırdığı, hazırda isə Azərbaycan-Ermənistan sərhədində delimitasiya prosesində təxribat törədən terorçu Hampig Sasunyan.

1963-cü ildə Livanda doğulan Hampig erməni məhəlləsi Burc Hammurdda böyüyüb. Sonradan ailəsi ilə birlikdə ABŞ-a, Kaliforniya statına köçür. Cəmi 14 yaşında Los-Angelesə gələrək “erməni soyqırımına ədalət döyüşçüləri” adlı terror təşkilatına qoşulur. 5 il ərzində türklərə qarşı terror aktı hazırlamaqla məşğul olur. 1982-ci il səhər saat 09:40 radələrində Türkiyə konsulu Kamal Arıkan öz evindən çıxaraq Los-Angelesdəki konsulluq binasına gedərkən Hampig bir nəfərlə birgə işıqforun qırmızı işığında dayanan konsul Kamal Arıkanın avtomobilinə  yaxın məsafədən 14 dəfə atəş açır. Bir neçə dəqiqə sonra Hampig xəbər kanallarına müraciət edərək terror hadisəsini öz üzərinə götürür.  Amma terror təşkilatının üzvü olduğunu inkar edir. Məhkəmə zamanı Sasunyan bu qətllə bütün türklərdən intiqam aldığını bəyan edir. Sasunyanın qardaşı da həbs olunur. Məlum olur ki, 2 il əvvəl Kamal Arıkanın iqamətgahını partladan da Hampigin qardaşı Harut imiş və o da həbs olunur. Amma Sasunyanla birlikdə Kamal Arıkanı qətlə yetirən “Koko” ləqəbli terrorçu Krikor Salibanı həbs etmək mümkün olmur. Əvvəlcə Fransaya, ordan da Livana qaçan Salibanın elə həmin il Livandakı vətəndaş müharibəsi zamanı öldüyü ehtimal edilir. ABŞ prezidenti Ronald Reyqan konsulun qətlini pisləyərək “terror aktı” adlandırır. Sasunyan apelasiya şikayəti vermək hüququndan məhrum edilməklə ömürlük həbs cəzasına məhkum edilir.

2006-cı ildə Sasunyan Kaliforniya əfv şurası tərəfindən əfv edilir. Amma həmin vaxt Kaliforniyanın qubernatoru Cerri Brun bu qərara veto qoyur.

 Braun Hampigin bu terroru 2 ay planlaşdırdığını vurğulayaraq onu “cəmiyyət üçün təhlükə” adlandırır. 13 il sonra şura yenidən Hampigi əfv edir. Bu dəfə də Kaliforniyanın yeni qubernatoru Gavın Vewsom qərara veto qoyur. Lakin 2021-ci ilin fevralında Los-Angeles Ali Məhkəməsinin sədri Uliyam Rayan qubernatorun bu qərarını ləğv edir. Türkiyə XİN bu qərarı qətiyyətlə pisləyir.

1 ay sonra ABŞ Dövlət Departamentinin katibi Entoni Blinken məhkəmənin qərarını pisləyir: “Bir diplomata hücum təkcə bir şəxsə yox, diplomatiyaya qarşı ağır cinayətdir”. Ancaq bir neçə ay sonra 2021-ci ilin 29 oktyabrında Hampig Sasunyan azad olunur və birbaşa Ermənistana gəlir. Maraqlıdır ki, 39 il ərzində Hampig Sasunyanın bütün məhkəmə və digər xərclərini terrorçunu “vicdan məhbusu” adlandıran Daşnaksütyun partiyası qarşılayıb.

Hazırda Hampig Sasunyan Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasına etiraz edən ermənilərə qoşularaq sülh prosesini pozan şəxslərə başçılıq edir.

Qeyd edək ki, material “Bele-bele işlər”in you tube kanalından götürülüb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR