16.09.2024, 23:10
AZ EN
14.09.2023, 12:53 307

Paşinyan yenə sərsəmlədi

XƏBƏRLƏR

Bugün Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə hökumətin növbəti iclası olub. Gündəlikdə bir neçə məsələ olsa da baş nazir adəti üzrə çıxışına Azərbaycanın əleyhinə sərsəmləmələrlə başlayıb və sonadək də həmin mövqedə olub. O, deyib ki, Ağdam-Xankəndi yolu ilə göndərilən Rusiya yardımı kifayət miqdarda olmadığına görə separatçı haylar yenə də humanitar fəlakətlə yaşayır. Azərbaycanla sərhəddə də gərginlik davam etdiyini xatırladan N.Paşinyan danışıqlar üçün beynəlxalq mexanizmin işə salınmasının vacibliyini vurğulayıb. Əlavə edib ki, separatçıların mövqeyinin dəstəklənməsi bundan sonra da davam etdiriləcək.

Görünən odur ki, dildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyən Ermənistan hakimiyyəti bütün mümkün vasitələrlə sülh müqaviləsinin imzalanmasına mane olur.

N.Qaramanlı

Oxşar xəbərlər