31.07.2025, 12:52
AZ EN
25.11.2023, 15:36 288

Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlər qurulub

XƏBƏRLƏR
  • Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlər qurulub.

Məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, uyğun protokol noyabrın 24-də Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə imzalanıb. Sənədi Ermənistanın BƏƏ-dəki səfiri Karen Qriqoryan və Səudiyyə Ərəbistanının bu ölkədəki səfiri Suktan bin Abdalla əl-Luayan əl-Ankar imzalayıb.

Xatırladaq ki, noyabrın 24-də Ermənistanın baş naziri Nikol Paşinyan yaxın zamanda tərəflər arasında diplomatik münasibətlərin qurula biləcəyindən bəhs etmişdi. (Report)

Oxşar xəbərlər