21.05.2024, 05:41
AZ EN
26.04.2024, 13:16 217

Daha 7 nəfər həbs edildi

XƏBƏRLƏR

"Hraparak" xəbər verir ki, ölkənin müxtəlif bölgələrində Qazaxın kəndlərinin qaytarılması ilə bağlı etiraz aksiyaları davam edir. Amma həmin aksiyalarda iştirak edənlərin sayı getdikcə azalır. Hazırda İrəvan-Eçmiədzin, Hoktemberyan-İrəvan baş yolları aksiyaçılar tərəfindən bağlanılıb.

"Eçmiədzin" qrupunun rəhbəri Sevak Xaçatryan deyib ki, polislərlə aksiyaçılar arasındakı qarşıdurma zamanı daha 7 nəfər saxlanılıb. O, xatırladıb ki, 2021-ci ildə Eçmiədzində N.Paşinyanın istefası ilə bağlı keçirilən aksiyada da həbs olunanlar var idi. Aksiyaların pərakəndə təşkil olunduğunu və iştirakçıların getdikcə azaldığını "Hraparak"ın əməkdaşı ilə söhbətinə əlavə edən qrup rəhbəri bununla heç nəyə nail olmayacaqlarını da  diqqətə çatdırıb.

N.Qaramanlı

Oxşar xəbərlər