"Armavir"dəki əmək-islah düşərgəsində cəza çəkən siyasi məhbus Narek Samsonyanın "Hraparak" vasitəsilə baş nazir Nikol Paşinyana növbəti müraciəti paylaşılıb. O, yazır: "Dünyada hamı bu günü - 1 apreli yumor, bir-biri ilə zarafat günü olaraq qeyd edir. Amma bu gün erməni xalqı üçün hakimiyyətdə olan manqurtların yalanı, saxtakarlığı, parabaşlığı kimi qeyd edilir və onları təbrik edirlər.
SutNikol (yalançı Nikol - N.Q) tezliklə öz arxasında gələcək nəsillərə yalnız utanc və biabırçılıq qoymaqla keçmişə dönəcək. Və heç vaxt heç kəs Nikol olmayacaq".
Bu gün 1 aprel olduğuna görə bunu hayların zarafatı kimi qəbul etmək olarmı?
N.Qaramanlı