Məhz ona görə də hərəkat getdikcə zəifləyib və gözlənilən nəticəyə nail olunmayıb. Bu prosesin indi də davam etdiyini vurğulayan agentlik əlavə edib ki, "cib müxalifəti"nin sayı getdikcə artır və bu yalnız "milli təhlükəsizlik xidmətinin peşəkarlığının nəticəsidir". Sözügedən xidmətin başçısı S.Petrosyan isə jurnalistlərə açıqlamasında barələrində deyilənlərin heç bir əsası olmadığını bildirib. O, əlavə edib ki, toplum indiki hakimiyyətdən narazı deyil, amma bəzi adamlar siyasi prosesləri tam aydınlığı ilə başa düşmədikləri üçün müxalifətin pafoslu sözlərinə inanırlar.
Agentlik sonda bildirib ki, "cib müxalifəti" prosesi davam edir.
N.Qaramanlı