20.10.2024, 16:59
AZ EN
14.02.2024, 14:03 315

Erməni nazir qorxub istefa verdi

XƏBƏRLƏR

Fevralın əvvəllərində Ermənistanın iqtisadiyyat nazirliyində milli təhlükəsizlik xidmətinin qəfil reydi zamanı bir neçə nəfərin, o cümlədən parlament sədrinin qardaşı arvadının həbs edildiyi bildirilmişdi. Dünən isə parlament sədrinin həmin qohumu və daha bir qadın barədə cinayət işinə xitam verildiyi, onların istintaqa mühüm faktlar təqdim etdikləri bildirilmişdi. Bu barədə xəbər yayan "Hraparak" bu günkü yayımında isə iqtisadiyyat naziri Vahan Keropyanın baş nazirə istefa ərizəsi yazdığını paylaşıb. V.Keropyan bununla bağlı xalqa müraciət də ünvanlayıb və yazıb ki, 2020-ci ilin noyabrından səhər saat 8-dən axşam 9-dək həmin vəzifədə hətta məzuniyyətə belə çıxmadan işləyib ki, ölkə və vətəndaşlar yaxşı yaşasın. O, bu müddətdə adambaşına ümumi daxili istehsalın və adambaşına gəlirin artdığını xüsusi vurğulayıb. Əlavə edib ki, bu sahədəki göstəriciyə görə Ermənistan dünya dövlətləri sırasındakı 112-ci yerdən 86-cı yerə yüksəlib. Etimada görə baş nazirə təşəkkürünü bildirən sabiq nazir sonda belə bir populist fikir də səsləndirib ki, bundan sonra da xalqına ləyaqətlə xidmət edəcək.

Məlum həqiqət isə odur ki, Ermənistanın baş naziri də daxil olmaqla bütün rəsmilər həmişə ölkədə iqtisadi tənəzzül, böhran olduğunu bildirib. Əgər Keropyan yaxşı işləyirdisə, niyə belə deyilirdi sualının cavabını isə məhz erməni xislətində görmək olur. Görünən odur ki, iqtisadiyyat nazirliyində reyd zamanı aşkar olunan faktlar öncə başqalarının, o cümlədən parlament sədrinin qohumuna aid idisə sonra hər bir nöqsan və mənimsəmə faktı V.Keropyanın adına yazılıb və o, hakim komandanın fəal üzvü olduğuna görə həbs edilməyib, sadəcə istefa ərizəsi yazmağa məcbur edilib.

N.Qaramanlı

Oxşar xəbərlər