19.09.2024, 05:19
AZ EN
19.03.2024, 15:14 209

Peskov: Kreml NATO-nun Cənubi Qafqazdakı fəaliyyətini izləyir

XƏBƏRLƏR
  • Kreml NATO-nun Cənubi Qafqazda artan fəallığını diqqətlə izləyir.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov NATO-nun Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaza səfərinə münasibət bildirərkən deyib.

“Əlbəttə, diqqətlə izləyirik, lakin biz diqqəti ikitərəfli əlaqələrimizə və ölkəmizin region ölkələri ilə olan əməkdaşlıq vasitələrinə yönəltmək niyyətindəyik”, - Peskov bildirib.

Onun sözlərinə görə, NATO-nun öz təsirini və mövcudluğunu genişləndirmək cəhdləri regionda vəziyyətə sabitlik qazandırmaz: “Biz NATO-nun Qafqazda öz mövcudluğunu möhkəmləndirmək istəyini yaxşı başa düşürük və necə deyərlər, adi gözlə görünür”.

Qeyd edək ki, Yens Stoltenberq Azərbaycana martın 17-də, Gürcüstana martın 18-də, Ermənistana isə martın 19-da səfər edib. (Report)

Oxşar xəbərlər