02.08.2025, 04:43
AZ EN
13.06.2023, 13:22 412

Paşinyanın oğlu rəssamlıq da edir

XƏBƏRLƏR
  • "Hraparak"ın bu günkü sayındakı xəbərlər sırasında baş nazir Nikol Paşinyanın oğlu Aşotla bağlı xəbər də diqqət çəkəndir.

Qeyd olunur ki, Aşotun əsas qayğısı şəkli çəkməkdir. O, əvvəlcə çəkə bilmirdi. Sonra isə abstrakt kolleklər çəkməyə başladı və pis də alınmadı. Hazırda isə rəssamlıq üzrə xeyli təsəvvürü və müəyyən təcrübəsi var.

Agentlik daha sonra bildirir ki, onun dostu Vahaqn Manqasaryanın isə əsas işi rəsm çəkməkdir. İnqilabdan sonra başqa mövzularda çəkməyə başlayıb. Hər iki şəxsin və daha bir neçə rəssamın rəsmlərindən ibarət isə iyunun 13-dən iyulun 7-dək İrəvanın Hraçya Koçar küçəsi, bina 13-də yerləşən "Studio 20"də Aşot Paşinyanın və daha bir neçə şəxsin rəsmlərindən ibarət sərgi keçiriləcək.

Məqsəd isə "baş nazirin oğlunun əl işlərini nümayiş etdirməklə onun rəssamlığı olan həvəsini daha da gücləndirməkdir", - deyə agentlik vurğulayıb.

Nəsib

Oxşar xəbərlər