Ruben Vartanyanın bu günkü mətbuat konfransında səsləndirdiyi fikirlər içərisində reallıqla uzlaşmayan xəstə təxəyyül məhsulları ilə yanaşı bir neçə nüans da var. O, istefası ilə bağlı sualı cavablandırarkən bildirib ki, özü ərizə yazmayıb. Araik onun yanına gələrək deyib ki, hər yandan sıxışdırılır, gərək işdən gedəsən. Araiklə 2008-ci ildən dost olduqlarını, 2020-ci ildəki "seçkilərdə" onu həm də maddi cəhətdən dəstəklədiyini açıqlayan Ruben Vartanyanın sətiraltı sözlərindən belə çıxır ki, Araik məhz onun pulu ilə seçilib, amma ona sonadək etibarlı olmayıb. Xankəndiyə də məhz Araikə kömək etmək üçün gəldiyini bildirən möhtəkir vurğulayıb ki, heç yana getmək fikrində deyil və sonadək mübarizə aparacaq. O, Ermənistan hakimiyyətinin savadsızlardan ibarət olduğunu da dəfələrlə dilə gətirib.
Nəsib