Erməni KİV-i xəbər verir ki, Ermənistan hökumətinin rəsmilərinin də iştirak etdiyi iclasda ölkənin iqtisadi inkişafı ilə əlaqədar məsələlər müzakirə olunub.
Xatırladaq ki, martın 6-da Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputatlar Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı parlamentdə qapalı görüşə çağırıb.
Ermənistan KİV deputatların Qriqoryanla Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyə namizədlik məsələsini müzakirə edəcəyini yazıb.
Qeyd edək ki, Ermənistan KİV ölkənin baş naziri Nikol Paşinyanın payıza qədər Avropa İttifaqına üzvlüyə namizədlik üçün müraciət etmək istədiyini yazıb. (Trend)