19.09.2024, 05:07
AZ EN
16.05.2023, 11:15 304

Qırmızı Xaça maneə törədilmir

XƏBƏRLƏR
  • Bu sözləri Qırmızı Xaç Komitəsinin İrəvandakı layihə rəhbəri Zara Amatuni "Hraparak"ın müxbiri Hayk Gevorkyana müsahibəsində deyib və bir neçə dəfə dediklərini təkrarlayıb. Buna səbəb isə müxbirin Azərbaycanın Laçın nəzarət-buraxılış məntəqəsində guya Qarabağdakı hay xəstələrin QX-nın xahişinə də baxmadan İrəvana buraxılmaması olub. Azərbaycanı humanitar fəlakət yaratmaqda suçlayan müxbirin dediklərinin doğru olmadığını, xəstələrin Qırmızı Xaçın vasitəsi ilə İrəvana maneəsiz gətirilməsini vurğulayan layihə rəhbəri onu da deyib ki, ümumiyyətlə, dünyanın heç bir bölgəsində Qırmızı Xaça maneə törədilmir, görülən işlər barədə isə mətbuata deyil, yalnız QX rəhbərliyinə məlumat verilməsi qaydası var.

Bu izahatdan sonra da o, öz böhtançı fikirlərini təkrarlayan müxbirə belə deyib: "Belə şeyləri şərh etməməlisiniz. Xahiş edirəm, məni sıxışdırmayın. Biz neytral təşkilatıq. Siz bu baxımdan heç bir məlumat almayacaqsınız."

Nəsib

Oxşar xəbərlər