09.06.2025, 01:51
AZ EN
09.01.2024, 13:41 343

Ermənistanda işsiz müəllimlərin sayı niyə artır?

XƏBƏRLƏR
  • "Hraparak"ın bugünkü sayında müxbir Karen Martirosyanın "Qızlar ağacoyma, dülgərlik, oğlanlar xalçaçılıqmı öyrənməlidirlər" başlıqlı məqaləsində bildirilir ki, ali təhsili olmayan müəllimlər elm, təhsil, mədəniyyət və idman nazirliyinin binası önündə etiraz aksiyası keçirirlər. Buna səbəb isə orta və natamam ali təhsili olan müəllimlərin testə buraxılmamasıdır. Müvafiq qanuna görə isə testdə yalnız ali təhsil diplomu olanlar iştirak edirlər. Aksiya iştirakçılarından bir qadın müxbirə deyib ki, sovetlər dönəmində pedaqoji texnikumu bitirib.1990-cı ildən müəllim işləyir, 34 il pedaqoji stajı var. Amma indi test yoxlanılmasına buraxılmamasına görə işindən ayrılıb.

Başqa bir qadın da pedaqoji texnikumu bitirdiyini və diplomunda pedaqoq yazıldığını bildirib. Sonra isə deyib ki, nazirlik nə etdiyini özü də bilmir, bizə deyirlər ki, gedin başqa sənət öyrənin. Belə çıxır ki, qadınlar indi dülgərlik, kişilər isə ilməçilik və xalçaçılıq öyrənsinlər.

Yerigəlmişkən qeyd edək ki, xalça sözü erməni ədəbi dilində " գորգ (qorq)" olsa da həm müəllimlər, həm də müxbir "xalı"ifadəsi işlədiblər.

N.Qaramanlı

Oxşar xəbərlər