05.02.2025, 12:40
AZ EN
26.02.2024, 12:48 264

Haylar Belarus liderindən inciyib

XƏBƏRLƏR
  • Belarus prezidenti A.Lukaşenko Ermənistan Fransa münasibətləri barədə danışarkən bir sıra məqamlara da aydınlıq gətirib. O, deyib ki, onlar daim Emanuel Makronla ünsiyyətdədirlər. Fransadakı açıqlamalar ermənilərə heç də fayda gətirməyəcək. Fransanın Ermənistanda hava hücumundan müdafiə sistemi yaratması, gecəgörmə cihazları yerləşdirməsi hərbi və iqtisadi sahəyə nə verəcək? Fransa İrəvanı öz çiynində haraya aparacaq? Heç haraya.

O, sonra Gürcüstanın nümunə göstərib. Xatırladıb ki, Qərb və ABŞ həmin ölkəni qızışdırıb problemlərə sürüklədi, sonra isə unutdu. Bu gün Bayden və Makron  iqtidardadır, sabah onların yerinə gələnlər deyə bilər ki, qardaş, sən kimsən, mən səni tanımıram. Ermənistanın  KTMT-ya, Avrasiya təşkilatına son vaxtlardakı münasibətinin arzuolunmazlığına diqqət çəkən Belarus prezidenti əlavə edib ki, çıxmaq asandır sonra nə olacaq, yenidən daxil ola biləcəkmi?

Ermənilər isə öz şəhərlərində A.Lukaşenkonun fikirlərinə reallıq baxımından deyil, məhz erməni xisləti ilə cavab verib, onu və KTMT-nı Ermənistana yardım etməməkdə suçlandırıb. Ümumiyyətlə isə görünən odur ki, haylar başqasının qoltuğu altında yaşamaq tərzindən də xilas olmağa qadir deyillər. Rusiyanın onları cəzalandıracağı isə elə Lukaşenkonun sözlərindən də aydın görünür.

Nəsib Qaramanlı

Oxşar xəbərlər