Bunu İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Tehranda Ermənistan xarici işlər naziri Ararat Mizroyanla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İranın qonşuluq siyasətində Cənubi Qafqaz xüsusi əhəmiyyət kəsb edir.
Abdullahian bildirib ki, region ölkələri və qonşular arasında dialoqun və məsləhətləşmənin gücləndirilməsi ümumi anlaşmaya nail olmaqda mühüm rol oynayır.
XİN rəhbəri qeyd edib ki, Qafqaz regionunda sülhə əsaslanan nizam qurulmalıdır. (APA)