01.08.2025, 13:00
AZ EN
01.03.2023, 14:40 323

Deputat qadın çoxlarını topa tutdu

XƏBƏRLƏR
  • Ermənistan parlamentində korrupsiyaya qarşı mübarizə sahəsində növbəti dinləmələr keçirilib. İnsan haqları komissiyasının sədri Takuhi Tovmasyan çıxışında Tavuş (Tovuz- red.) vilayətinin sabiq başçısı, nazir Qularyanı ciddi tənqid atəşinə tutub. Bildirib ki, onun, uşaqlarının, həyat yoldaşının, həmçinin yaxın adamlarının adına çoxlu daşınmaz əmlak, o cümlədən restoranlar, marketlər şəbəkəsi, doğum evi və s. mövcuddur.

Qularyan isə bunların hansı vəsaitlə mövcud olduğunu soruşan deputata cavabında bildirib ki, deyilənlərin heç biri həqiqəti əks etdirmir. Qardaşı 30 ildir ki, bizneslə məşğuldur və yeri gələndə maddi yardım edir. Cavab deputatın kəskin reaksiyasına, nəhayət böyük mübahisəyə səbəb olub. Takuhi Tovmasyan əlində tutarlı sənədlər olduğunu və bunları müvafiq orqanlara təqdim edəcəyini bildirdikdən sonra parlament sədri onlara məsələləri burda deyil, məhkəmə qarşısında həll etməyi məsləhət görüb.

Müxalif deputatlar isə yenə də gündəmdəki məsələlərdən deyil, Lavrovun Bakıda səsləndirdiyi fikirləri barədə danışmağa cəhd etsələr də parlamentin sədri A.Simonyan "mən dünən bu barədə rəsmi mövqeyimizi açıqlamışam", - deyə yalnız gündəmdəki məsələləri müzakirə etməyi məsləhət görüb. Müxaliflər isə babaları demiş, yenə də öz arabalarının təkərlərini yağlayıblar və komissiya sədri T.Tovmasyan onları gülümsəyərək "siyasi korrupsiyaçılar" adlandırıb.

Nəsib

Oxşar xəbərlər