Erməni KİV-ləri xəbər verir ki, bu gün baş nazir Nikol Paşinyanın sədrliyi ilə hökumətin növbəti iclası keçirilib. Müzakirə olunan məsələlərin bir neçəsinin məxfi olduğunu qeyd edən "Hraparak" vurğulayıb ki, baş nazir əkin, səpin, suvarmadan tutmuş mürəkkəb siyasi proseslərə qədər bir çox nüansları diqqətə çatdırıb. Azərbaycanla gedən danışıqlardan bəhs edərkən isə yenə vurğulayıb ki, Ermənistan öz mənafeyini daim müdafiə edəcək ki, onsuz da problemlər məkanı olduğuna görə gələcəkdə yeni problemlərlə üzləşməsin. Qarabağdan könüllü köçənlər barədə də söz açan N.Paşinyan onlara qayğının bundan sonra da davam edəcəyini bildirib. İctimai radioya müsahibəsində təhlükəsizlik məsələlərinə geniş yer ayırdığını iclasdakıların diqqətinə çatdıran erməni baş nazir dostlarının da səylərinə baxmayaraq ölkənin dünyada problemlər məkanı olduğunu unutmamağı da tövsiyə edib.
Problemləri məhz ermənilərin özlərinin yaratdığını isə, əlbəttə, yenə də etiraf etməyib. Erməni ki, erməni!
Nəsib Qaramanlı