21.11.2024, 22:38
AZ EN
05.02.2024, 13:24 265

Ermənistanda talançılıq artır

XƏBƏRLƏR
  • Qeyri-seçki layihəsi adlanan ictimai birliyin üzvü Vahe Hovhannesyan bu gün "Hraparak"da yayılmış "Tələ 2. Məşhur talan" başlıqlı yazısında Ermənistanda rüşvətin, insanların tələyə salınıb talandığını, korrupsiyanın getdikcə artdığını bildirir. O, yazır: "cəmiyyətin sağlamlaşmasının və milli dirçəlişin təmin edilməsi üçün öncə tələ qurmaqdan azad olmaq vacibdir. Talan isə ən eybəcər, ən təhlükəli tələdir və Nikol hakimiyyəti bu yolla ictimaiyyəti dəli edir, dərisini soyur və qoymur ki, sağlam proseslər baş versin.

İndinin və gələcəyin talanına sabiqlərin  talanı ilə bəraət qazandırırlar... Bu hakimiyyət dövlətimizin gələcəyini talan edib. Amma bütün itkiləri sabiqlərin talanı ilə ört-basdır etməyə çalışırlar. İş o yerə çatıb ki, savadlı, məsuliyyətli adamları da talanı müdafiə etməməyə görə günahlandırır, onlara tələ qurub öz tərəflərinə çəkirlər".

Bütün bunların aradan qaldırılması üçün iş görülməsə dövlətin  öz içindən parçalanacağı və məhv olacağı qənaətinə gələn V.Hovhannesyan yeddi bənddən ibarət təkliflər də irəli sürür. Həmin təkliflər isə hamıya məlum populist, bayağı fikirlərin məcmudur.

N.Qaramanlı

Oxşar xəbərlər