07.03.2026, 21:26
AZ EN
07.03.2026, 10:27 126

Prezident İlham Əliyev dəstəyə görə Qazaxıstan Prezidentinə təşəkkür edib

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İranın Naxçıvana dron hücumlarından sonra dəstəyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığını bildirib.

Prezidentin "X" hesabında bununla bağlı paylaşım edilib.

Paylaşımda deyilir: “Prezident Kasım-Jomart Tokayevə İran dövlətinin Naxçıvana qarşı hücumlarını qətiyyətlə pislədiyinə və Azərbaycan ilə Qazaxıstan arasında mövcud olan qardaşlıq və müttəfiqlik münasibətləri ruhunda ölkəmizə göstərdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm”. (AZƏRTAC)

Oxşar xəbərlər