25.06.2025, 17:13
AZ EN
13.02.2024, 10:56 346

Putin Paşinyanı yıxacaqmı?

XƏBƏRLƏR

Vaxtilə Paşinyanla eyni redaksiyada işləyən jurnalist Armine Ohanyan hazırda baş redaktoru olduğu "Hraparak" media holdinqdə onun barışmaz əleyhdarı kimi çıxışlar edir. Üslubu ilə digərlərindən fərqlənən A.Ohanyan bu günkü "Bayağı və mənasız" başlıqlı məqaləsində N.Paşinyanın Böyük Britaniyanın The Teleqraph mediasına verdiyi müsahibə zamanı RF prezidenti V.Putin Ermənistana gələrsə Roma statutuna uyğun olaraq baş prokurorluq tərəfindən həbs ediləcəyini sətiraltı ifadələrlə bildirməsini bayağı və mənasız fikir adlandırıb. O, qeyd edib ki, günahı başqasının üstünə atmaq Nikolun çoxdankı şakəridir. Rusiya meylli media holdinqin rəhbəri daha sonra vurğulayıb ki, Avropaya arxalanan və daim " Azərbaycan götürdüyü  beynəlxalq öhdəliklərə əməl etmir", - deyən Nikol Paşinyan özü RF ilə bağlı öhdəliklərə əməl etmir. "Bu  onun hakimiyyətdən getməsinə səbəb olar", - deyə baş redaktor müxalifətin də 3 ildir buna çalışdığını diqqətə çatdırıb.

N.Qaramanlı

Oxşar xəbərlər