19.10.2024, 23:38
AZ EN
21.08.2024, 09:07 241

Keşiş kilsəni təxribat yuvasına çevirib

XƏBƏRLƏR
  • Öncə "Tauş naminə vətən", 2 aydır isə adı ilə məzmunu uyğun gəlməyən "müqəddəs hərəkat" adlanan və keşiş Bağratın siyasi ambisiyasına xidmət edən hay revanşçılarının yeni müharibə istəyi aradan qalxmayıb.

Hay mətbuatında baş nazirin istefasını hər dəfə bir bəhanə ilə önə çəkən keşişin həm də yalançı olduğu barədə fikirlər də artıq özünə yer almaqdadır. " Hraparak"ın bu günkü paylaşımında göstərilir ki, keşiş Bağrat avqustun 17-də növbəti gün çox izdihamlı mitinq olacağını desə də əhali buna ciddi yanaşmayaraq aksiyaya qoşulmayıb. Keşiş isə Vahramaşen kilsəsində sayı 50 nəfərdən çox olmayan kasıblara yenidən müxtəlif vədlər verib.

Müxbir Lusine Şahverdiyan həmin iştirakçıların çoxunun Qarabağdan könüllü köçənlərdən ibarət olduğunu xatırladaraq əlavə edib ki, keşiş onlara guya maddi yardım ediləcəyini bildiribmiş. Amma onlara yenə də boş vədlər verildiyinə görə narazılığa başlayıb, keşişin din adamı deyil, araqarışdıran olduğunu və kilsənin siyasi təxribat mərkəzinə çevrildiyini bildiriblər.

Əlavə ediblər ki, əgər belə olacağını bilsə idilər, Azərbaycan vətəndaşlığını qəbul edib Qarabağda yaşayardılar.

N.Qaramanlı

Oxşar xəbərlər