09.06.2025, 04:10
AZ EN
04.01.2024, 13:39 378

Katalikos müharibə tərəfdarıdır

XƏBƏRLƏR

Erməni mətbuatı xəbər verir ki, hər Yeni ildə bütün ermənilərin katalikosunun xalqa bayram təbriki həm müstəqil, həm də dövlət televiziyalarında yayımlanırdı. Bu il isə bu ənənə pozulub. Beləki, Katalikosu Yeni illə bağlı xalqa müraciəti dövlət və hakim partiyaya məxsus teleekranlarda yayımlanmayıb. Müxalif "Hraparak TV" isə həmin müraciəti yayıb və əlavə edib ki, İkinci Qaragin Qarabağla, ümumiyyətlə isə bütün məsələlərlə bağlı obyektiv fikirlər səsləndirdiyinə görə hakimiyyətin basqısı ilə üzləşib. Son zamanlar daha da fəallaşan ARM NewsHour isə bunun səbəbini başqa tərzdə açıqlayıb. Bildirib ki, katalikos İkinci Qareginin xalqa müraciəti və onun həyata keçirilməsi cəhdləri indiki reallıqda yalnız təhlükəli ssenarilərin yaranmasına hesablanıb və bu Ermənistan üçün yaxşı heç nə vəd etmir.

Əlavə edək ki, 2-ci Qaregin həm sətiraltı, həm də açıqcasına xalqı mövcud durumla barışmamağa, birlik nümayiş etdirib hakim komandanı istefaya göndərməyə və yeni müharibəyə başlamağa çağırıb. Ümumiyyətlə isə ermənilərin dini rəhbərləri dinə yox, terrorçuluğa xidmət etdiklərini yenidən isbatlayırlar. Görünür, Yeni ildə başlarına yeni yumruq istəyirlər.

N.Qaramanlı

Oxşar xəbərlər