22.11.2024, 03:55
AZ EN
25.01.2024, 14:58 253

Ermənistan ordusu ağır vəziyyətdədir

XƏBƏRLƏR
  • Ermənistanda bundan sonra 18 yaşına çatmış qızların könüllü müddətdə ordu sıralarında xidmət edəcəklər. Qərar artıq yanvarın 1-dən qüvvəyə minib. Ermənistanda qızların silahlı qüvvələrin tərkibində həqiqi hərbi xidmətə başlaması ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Paşinyan hökumətinə müxalifətdə olan Ermənistan blokunun rəhbəri ölkənin sabiq müdafiə naziri Seyran Ohanyan mətbuata verdiyi açıqlamada bildirib ki, qızların ordu sıralarına yollanmasına müsbət baxmır. O, hökuməti və müdafiə nazirini səriştəsizlikdə ittiham edərək deyib ki, ordu bərbad durumdadır: "Buna görə də gənclər orduya qatılmaqdan yayınaraq xaricə üz tuturlar. Dolayısı ilə fərarilərin sayı günü-gündən artır".

 Ohanyan bu günlərdə parlamentdə 15 milyon dram müqabilində hərbi xidmətdən azad olunmaqla bağlı qəbul edilən qərarı da tənqid edib. Bu arada bir sıra ağır cinayətlərdə şübhəli bilinən Ermənistan silahlı qüvvələri baş qərargah rəisinin sabiq birinci müavini “dollar” ləqəbli Haykaz Bağmanyan yenidən xüsusi istintaq komitəsinə çağırılıb. O, külli miqdarda korrupsiya, rüşvət və dövlət əmlaklarını saxta yolla qanunsuz mənimsəməkdə şübhəli bilinir.

Ermənistan Kütləvi İnformasiya Vasitələri Haykaz Bağmanyanın Ermənistanın sabiq prezidenti, Xocalı cəlladı Senj Sarkisyanla  xaricdə şərikli birgə bizneslərinin olduğu barədə də məlumat yayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR