19.10.2024, 23:22
AZ EN
13.03.2023, 14:00 223

Putinlə Paşinyan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasını müzakirə ediblər

XƏBƏRLƏR
  • Rusiya Prezidenti Vladimir Putin ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında imzalanmış bəyanatların kompleks şəkildə həyata keçirilməsinin praktiki aspektləri müzakirə olunub. Bundan başqa, tərəflər Ermənistan ilə Azərbaycan arasında iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, sülh müqaviləsinin hazırlanması məsələsini də müzakirə ediblər. (Report)

Oxşar xəbərlər