25.04.2025, 16:59
AZ EN
15.01.2024, 14:31 354

Nazir müavini və xalq artisti bir-birini ittiham edib

XƏBƏRLƏR
  • Bu gün Ermənistan parlamentinin iclasında həm də "Ermənistanda dövlət mükafatları və fəxri adlar barədə" qanunda dəyişiklər müzakirə olunarkən ədliyyə nazirinin müavini Armenuhi Harutyunyan deyib ki, elə xalq artistləri var ki, nəinki xalq, heç nazir müavini kimi özü də tanımır.

Daha sonra o, Nikolay Caturyan adlı bir nəfərin adını çəkib. N.Caturyan isə bu sözə dərhal reaksiya verib və jurnalistlərə bildirib ki, mən ədliyyə nazirinin belə müavini olduğunu bilmirəm və fəxri ad verilməsində bu nazirliyin rüşvətxor məmurları deyil, mədəniyyət qurumu məşğul olur. Belələri meydana girib özlərini reklam etməsinlər.

Əlavə edək ki, iclasda bəzi deputatlar "xalq", "əməkdar" titullarının aradan götürülməsini təklif ediblər. Bildiriblər ki, xalq kimin necə artist olduğunu yaxşı görür. Parlamentin sədri isə "bəzi siyasilər öz rollarını "xalq artisti" olanlardan daha yaxşı icra edir", - deyə müzakirənin hay-küylə deyil, sakit aparılmasını tələb edib. Amma haylar yenə bir-birinin ünvanına təhqirli ifadələr səsləndiriblər. Bu isə, əlbəttə, onların həm də qaraçılığından xəbər verir.

N.Qaramanlı

Oxşar xəbərlər