Bunu ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
O, Ermənistanın artıq qarşılıqlı faydanın bir hissəsini əldə etdiyini, benzinin 20 % ucuzlaşdığını söyləyib.
"Ermənistana buğda idxal edirlər, bu qarşılıqlı fayda deyilmi? Hazırda Azərbaycanda bunu izləyirlər, amma Ermənistan parlamentində kimsə qarşılıqlı faydanın bir hissəsinin artıq əldə edildiyini görəcəkmi", - o qeyd edib.
Paşinyan qeyd edib ki, Ermənistanla Azərbaycan arasında hərbi eskalasiya praktiki qeyri-mümkün hesab olunur.
"Bu gün, 21 yanvar 2026-cı il tarixinə olan vəziyyətə görə, Ermənistan-Azərbaycan sərhədi boyunca tam sülh hökm sürür", - o, Ermənistanın Xarici Kəşfiyyat Xidmətinə istinadla bildirib. (Report)