Bu barədə Ermənistanın Nazirlər Kabineti məlumat yayıb.
"Armen Abazyan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilsin", - Paşinyanın fərmanında deyilir.
Xatırladaq ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan Ermənistan prezidenti Vaaqn Xaçatryanın fərmanı ilə vəzifəsindən azad edilmişdi.
Qeyd olunub ki, Ermənistan qanunvericiliyinə olunmuş dəyişikliyə əsasən, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri baş nazir tərəfindən təyin edilir və vəzifədən azad olunur. (Trend)