19.10.2024, 19:30
AZ EN
02.06.2023, 16:23 234

Ermənistan və İran Ukraynaya düşmən ölkələr siyahısındadır

XƏBƏRLƏR
  • Ukrayna mətbuatında Rusiyaya hərbi-siyasi dəstək verən az saylı ölkələr sırasında İranın və Ermənistanın da olması barədə yayılan xəbər erməni mediasında müxtəlif fikirlər yaradıb.

Ermənilərin bir qismi bu xəbərin doğru olduğunu etiraf etsə də, digərləri yenə də həqiqətə qara eynəklə baxaraq belə bir fakta inanmadıqları barədə erməni sayağı uydurmalar irəli sürürlər və gülməli olan həm də budur ki, yenə Azərbaycanın əleyhinə əsassız fikirlər səslənməkdədir. Sərsəmləyirlər ki, guya İranı və Ermənistanı Ukraynaya düşmən ölkələr sırasına məhz Azərbaycan saldırıb.

Yerigəlmişkən xatırladaq ki, Azərbaycan, Türkiyə və Gürcüstan Ukraynanın dostları siyahısında birinci onluqda yer alıblar.

Görünür, ermənilərin kürkünə birə salan da elə məhz budur.

Onu da xatırladaq ki, Paşinyan dəfələrlə Ukraynaya qarşı ədalətsiz müharibədə Rusiyanın müttəfiqi olmadıqlarını desə də, ABŞ və Böyük Britaniya kəşfiyyatı bunu təkzib edib.

N.Qaramanlı

Oxşar xəbərlər