27.05.2025, 22:15
AZ EN
29.12.2023, 12:26 372

Deputat psixi xəstə olduğunu nümayiş etdirir

XƏBƏRLƏR

"Hraparak" bu günkü  buraxılışında həm də Ermənistan parlamentindəki müxalif "Şərəfim var" fraksiyasının üzvü, erməni mətbuatının yalançı Tiqran adlandırdığı Tiqran Abrahamyanın özünün FB səhifəsindəki paylaşımını yayıb. O, yazır: “Revanş sözü post müharibə dövründə ən çox işlənən və ən çox xoşuma gəlməyən sözlərdən biridir. Azərbaycan deyir ki, Ermənistanda reallıqla - "arsaxın" tam,  Ermənistanın isə bir hissəsini "zəbt etməsi ilə" barışa bilməyən insanlar, qüvvələr var, onlar revanşçıdırlar və bunun altında təhlükə var. Ermənistan iqtidarı isə bunu hakimiyyətdən məhrum olunacağı kimi başa düşür."

O daha sonra revanşizmin ermənilər üçün çox gərəkli olduğunu bildirir və belə bir sərsəm ifadə vurğulayır ki, hər iki dövlət arasında sülh sazişi yalnız sıfır nöqtəsindən başlamalıdır. Sonra isə, doğrudan da, psixi xəstə olduğunu nümayiş etdirir, deyir ki, sıfır nöqtəsinə qayıtmaq üçün isə Qarabağdan gələnlər hamısı geri qayıtmalı, əvvəlki struktur bərpa edilməli, bundan sonra heç olmasa muxtariyyat məsələri müzakirə edilməlidir.

Göründüyü kimi, ali qanunverici orqanda təmsil olunan bu revanşçı da yalnız və yalnız bir  reallığı - psixi xəstə olduğunu nümayiş etdirir.

N.Qaramanlı

Oxşar xəbərlər