21.11.2024, 17:42
AZ EN
01.08.2023, 12:16 307

Ermənistanın keçmiş müdafiə naziri II Qarabağ müharibəsində məğlub olmalarının səbəbini açıqlayıb

XƏBƏRLƏR
  • Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan işğalçı ölkənin İkinci Qarabağ müharibəsində məğlub olmasının səbəbini açıqlayıb.

O, bu barədə 44 günlük müharibənin şəraitini öyrənmək üçün ölkə parlamentində yaradılan komissiyada çıxışı zamanı danışıb.

D.Tonoyan bildirib ki, Ermənistanın qırıcı təyyarələri və zenit müdafiə vasitələri yox idi: “Bu texnikalar baxımından bizim imkanlarımız sıfır idi”.

Sabiq nazir hazırda parlamentində yaradılan komissiyada dindirilir.

Qeyd edək ki, D.Tonoyan hazırda həbsdədir. O, İkinci Qarabağ müharibəsi dövründə ölkənin müdafiə naziri olub. (Report)

Oxşar xəbərlər