Bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib.
O bildirib ki, Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması, həmçinin Ermənistanla Azərbaycan arasında ziddiyyətlərin həlli üçün çalışır: “Rusiya hərbi kontingenti Qarabağda tapşırıqları yerinə yetirməyə davam edir. Lakin vəziyyət gərgin olaraq qalır. Buna baxmayaraq, sabitləşmə prosesində davamlı tendensiya var”. (Report)