22.01.2025, 13:44
AZ EN
22.01.2025, 10:25 44

Paşinyanın qaynının evini yarıblar

XƏBƏRLƏR
  • "Hraparak" və "Oraqir" xəbər yayıb ki, yanvarın 14-də baş nazir Nikol Paşinyanın qaynı, parlamentin "Vətəndaş müqaviləsi" fraksiyasının üzvü Hraçya Hakopyanın hayca Zoraxbyur deyilən məkandakı bağ evində talançılıq edilib.

Əlavə olunub ki, gözətçinin olmamasından istifadə edən oğrular "villanı alt-üst" edərək dəyərli nə varsa, aparıblar. H.Hakopyan olayla bağlı susmağa üstünlük verir ki, deputat olanadək kasıb həyat sürən bu adamın villanı və qiymətli əşyaları necə əldə etdiyini yada salan olmasın deyə hər iki agentlik polisin araşdırma apardığını, lakin hələ heç kəsin müəyyənləşdirilməməsini də açıqlayıb.

Nəsib

Oxşar xəbərlər