"Hraparak"ın baş redaktoru Armine Ohanyan isə bu günkü "Məcburuq" başlıqlı məqaləsində sözügedən iclasda səsləndirilən fikirlərə münasibət bildirib və konkret desək, Paşinyanı növbəti dəfə kəskin tənqid edib. Xatırladıb ki, 2023-cü ildə Paşinyan jurnalistlərə qarşı dözümsüzlük nümayiş etdirərək "siz Ermənistan hökumətinin gördüyü işləri görməməzliyə vuraraq Azərbaycanın bizə olan hədələrini işıqlandıraraq yayırsınız"- deyə onları qınamışdı. Daha sonralar isə hökumətinin sözçüsü parlamentin iclasında müxalifətin ünvanına demişdi ki, görmürsünüzmü hakimiyyətdə qonşu ölkənin, yəni Azərbaycanın maraqlarının ifadəsi hiss olunur?
Dünənki iclasda da "məruzəsində qapalı məsələlərin unudularaq" Azərbaycanın istəyindən danışıldığını xatırladan baş redaktor Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasətindəki uğurlara həsəd apardığını, Paşinyanın və Ermənistan hökumətinin boş söz yığınından başqa heç nəyə qadir olmadığını yenidən etiraf edib. Hər tədbirdə bir-birini təkzib edən müxtəlif fikirlər səsləndirən baş nazirin, nəhayət, düzgün siyasi yol seçməsini təklif edən baş redaktorun özünün təklif etdiyi siyasi xətt isə Ermənistanın məhvinə aparmaya bilməz.
N.Qaramanlı